“Sabah”ın oyunu təxirə salındı
12.08.2023 , 16:53

“Sabah” klubu Peşəkar Futbol Liqasına və “Sumqayıt” klubuna müraciət edib.
Korner.az xəbər verir ki, ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Sabah” klubu Serbiyanın “Partizan” klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib.
“Sabah” klubunun rəsmi müraciətini, “Sumqayıt” klubunun rəsmi razılıq məktubunu əsas götürən PFL ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq Premyer Liqanın 13 avqust tarixinə nəzərdə tutulmuş “Sumqayıt” – “Sabah” oyununu təxirə salır.
Görüşün yeni tarixi hələ məlum deyil.
