“Sabah”ın növbəti sınağı
18.01.2023 , 12:31

Antalyada təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, komanda Serbiyanın “Vayvodina” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” ilk sınaq matçında Polşanın “Varta” klubu ilə 1:1 hesablı heç-heçə edib.
