“Sabah”ın legioneri millidə qol hesabını açdı
22.11.2022 , 15:02

21 yaşadək futbolçulardan ibarət Ukrayna millisi yoldaşlıq görüşü keçirib.
Korner.az xəbər verir ki, Ruslan Rotanın rəhbərlik etdiyi kollektiv Gürcüstandan olan həmyadışları ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.
“Sabah”da çıxış edən Aleksey Kaşuk da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə Ukraynanı önə keçirən qola imza atıb. Bu, Kaşukun yığmada ilk qoludur.
Müqavilə ilə Donetsk “Şaxtyor”una məxsus olan ukraynalı futbolçu icarə əsasında “Sabah”da forma geyinir.
