Ölkə futbolu

“Sabah”ın “Kaysar”la matıçının vaxtı açıqlandı

18.01.2020 , 19:06

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın Qazaxıstan “Kaysar”ı ilə yoxlama oyununun vaxtı bəlli olub.

Korner.az xəbər verir ki, görüş yanvarın 19-da, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) Belekdəki “Fanatik” futbol meydançasında keçiriləcək.

Toplanış çərçivəsində Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klubları ilə qarşılaşan “Sabah” Antalyada son yoxlama matçını yanvarın 21-də Moskva “Spartak”ının əvəzedici komandasına qarşı keçirəcək.

Son yazılar

Yuxarı