“Sabah”ın kapitanı üçün əlamətdar oyun
17.09.2022 , 12:55

Misli Premyer Liqasında VII tura start verilib.
Korner.az xəbər verir ki, “Sabah” bu turda evdə “Turan Tovuz”la qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyun “Sabah”ın futbolçusu Elvin Camalov üçün əlamətdar olub.
Belə ki, oyuna əlavə edilmiş 5-ci dəqiqədə rəqibin qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən kapitan, Azərbaycan çempionatında ilk qoluna imza atıb.
