“Sabah”ın ilk rəqibi müəyyənləşdi
24.07.2019 , 14:24

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Tükiyəyə yollanan “Sabah” sabah ilk yoxlama görüşündə qüvvəsini sınayacaq. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəqib də artıq məlumdu.
Paytaxt təmsilçisi Bolu şəhərində “Konkordiya” ilə qarşılaşacaq. Bakı vaxtı ilə 19:00-da start götürəcək matç “Vonresort Abant” otelinin meydançasında baş tutacaq.
Qeyd edək ki, “Konkordiya” dünən Premyer Liqanın digər təmsilçisi “Zirə” ilə yoxlama görüşü keçirib və oyun qolsuz bərabərə nəticələnib.
