“Sabah”ın hazırlıq planı
27.06.2022 , 10:42
“Sabah” klubunun yay hazırlıq planı bəlli olub.
Korner.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda hazırlığa iyunun 27-də Bakıda başlayacaq. Təlim-məşq toplanışının ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.
İyulun 17-də isə “Sabah” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.
Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.