“Sabah”ın hazırlıq planı
14.06.2023 , 14:42

“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda növbəti mövsümün hazırlıqlarına iyunun 21-də Bakıda başlayacaq.
Paytaxtda keçiriləcək toplanış iyunun 29-dək davam edəcək. Həmin tarixdə komanda Qəbələyə yola düşəcək. Qəbələ toplanışı iyulun 5-də başa çatacaq. İyulun 6-da isə “Sabah” hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Bu ölkənin Tirol bölgəsində keçiriləcək təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.
