“Sabah”ın futbolçusuna milli dəvət
31.08.2020 , 12:21

“Sabah”ın futbolçusu Yevgeni Koçuk Moldova millisinə çağırılıb.
Korner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi yığmanın Millətlər Liqasında sentyabrın 3-ü evdə Kosovo, sentyabrın 6-da isə səfərdə Sloveniya ilə qarşılaşacağı oyunlar üçün dəvət alıb.
