“Sabah”ın futbolçusu üçün əlamətdar oyun
05.05.2021 , 17:21

Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Sabah” matçı “Sabah”ın gənc futbolçusu Abdulla Xaybulayev üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Sabah”ın 2:0 qalib gəldiyi görüşdə yüksək liqada ilk oyununa çıxıb. Abdulla qarşılaşmanın 90+4-cü dəqiqəsində Mario Marinanı əvəzləyərək Premyer Liqada debüt edib.
“Sabah” Premyer Liqada 5-ci sıradadı.
