“Sabah”ın futbolçusu üçün əlamətdar oyun
01.12.2022 , 16:27

Azərbaycan Premyer Liqasının XVII turunda keçirilmiş “Turan Tovuz” – “Sabah” oyunu paytaxt klubunun müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub.
Korner.az klubun saytına istinadən xəbər verir ki, komandanın heyətində 68-ci oyununu keçirən müdafiəçi klubun tarixində mütləq rekordçu olub. Bundan öncə Amin komandanın sabiq qolkiperi Saşa Stamenkoviç (67) ilə şərikli lider idi.
Seydiyev “Sabah”ın heyətində yüksək liqada 64, ölkə kubokunda isə 4 matç keçirib.
