“Sabah”ın futbolçusu millidə debüt etdi
21.11.2022 , 10:48

Azərbaycan millisinin Skopyedəki Şimali Makedoniya üzərində qələbəsində (1:3) “Sabah”ın futbolçuları da rol oynayıb.
Korner.az “Sabah”ın rəsmi saytına istinadən xəbər verir ki, Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Elvin Camalov və Ceyhun Nuriyev də şans qazanıb.
Aleksey və Bəxtiyar start heyətində meydana çıxıb. İsayev görüşün 59-cu dəqiqəsində Elvin Camalovla əvəzlənib, Bəxtiyar sonadək meydanda olub. Ceyhun isə matçın 68-ci dəqiqəsində oyuna daxil olaraq, yığmada debüt edib.Azərbaycan millisindəki digər təmsilçilərimiz – Amin Seydiyev, Anatoli Nuriyev və Namik Ələskərov bu qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıblar.
