“Sabah”ın futbolçusu heyətdən çıxarıldı
17.11.2020 , 17:25

“Sabah”ın futbolçusu Yevgeni Koçuk Moldova milli komandasının heyətindən çıxarılıb.
Korner.az xəbər verir ki, o, zədə səbəbindən yığmanın Kosovoya qarşı oyununda komandasına kömək edə bilməyəcək.
Sabah keçiriləcək Kosovo – Moldova matçı saat 23:45-də start götürəcək.
