“Sabah”ın futbolçusu cəzalandırldı
18.08.2021 , 15:40

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Prmeyer Liqanın I turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Səbail” oyununda “Sabah” klubunun 20 nömrəli futbolçusu Mikels Coy-Lens qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Neftçi” – “Qəbələ” oyununda “Neftçi” klubunun 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat cərimə olunur.
