“Sabah”ın futbolçusu əməliyyat olundu
22.01.2022 , 01:34

“Sabah”ın gənc futbolçusu İdris İnqilablı Ukraynanın Kiyev şəhərində diz oynağının ön çarpaz bağlarından əməliyyat olub.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat uğurla nəticələnib.
Həkimlərin rəyinə əsasən, yarımmüdafiəçi 4 ay sonra komanda ilə məşqlərə başlaya biləcək.
