“Sabah”ın futbolçusu əməliyyat olundu
22.06.2024 , 10:36

“Sabah”ın futbolçusuAnatoli Nuriyev ikitərəfli qasıq yırtığından əməliyyat olunub.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində keçirilən əməliyyat uğurla başa çatıb.
Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.
