“Sabah”ın daha bir rəqibi bilindi
06.01.2019 , 13:00

Qış hazırlığını Antalyada davam etdirən “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.
Topaz Premyer Liqanın debütantı Türkiyədəki 3-cü sınağında Macarıstanın yüksək liqasında çıxış edən “Pakş” klubu ilə üz-üzə gələcək. Görüş yanvarın 22-də keçiriləcək. Bu, komandanın Antalyada sonuncu yoxlama matçı olacaq.
Qeyd edək ki, “Sabah” bu oyundan əvvəl, yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da Macarıstanın “MTK Budapeşt” klubları ilə qüvvəsini sınayacaq. Yanvarın 12-dəki rəqib haqda isə hələlik məlumat yoxdur.
