“Sabah”ın “Bazel”lə oyunu üçün hakim təyinatları məlum oldu
17.10.2024 , 15:47
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.
Korner.az xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakimi təyin edib.
23 oktyabr
“Bazel” – “Sabah”
Baş hakim: Patrik Kolarić
Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)
Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)
St. Yakob-Park stadionu. Saat 21:00