“Sabah”ın baş məşqçisi Pro lisenziyası aldı
10.01.2023 , 18:29

“Sabah”ın baş məşqçisi Murad Musayev Pro kateqoriyalı məşqçilik lisenziyası alıb.
Korner.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb. Bildirilib ki, Rusiya Futbol İttifaqında 2020-ci ildən hazırlıq keçən mütəxəssislərə Pro kateqoriyalı məşqçilik lisenziyaları verilib. Onların arasında rusiyalı mütəxəssis M.Musayev də var.
Qeyd edək ki, Pro lisenziyası alan şəxslər dünyanın istənilən ölkəsində yüksək səviyyəli məşqçilik və rəhbər vəzifələr tutmaq imkanı əldə edir.
