“Sabah”ın Antalyadakı iki rəqibi açıqlandı
26.12.2018 , 17:21

Yanvarın 2-dən 23-dək Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olacaq “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı 2 rəqib bəlli olub
Komandamız yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da isə Macarıstanın “MTK Budapeşt” klubuyla üz-üzə gələcək.
Xatırladaq ki, “Sabah” yanvarın 12-də və 22-də daha 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin adı yaxın günlərdə açıqlanacaq.
