“Sabah”ın “ən”ləri
07.06.2023 , 12:39

“Sabah” Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümü üzrə oyunçuların statistik göstəricilərini açıqlayıb.
Korner.az xəbər verir ki, ən çox oyun keçirən futbolçu Davit Volkov və Coy-Lens Mikelsdir. Hər iki hücumçu 35 oyunda iştirak edib.
Ən çox meydanda olan futbolçu isə qapıçı Yusif İmanovdur. O, mövsümdə 2970 dəqiqə şans qazanıb.
“Sabah”ın 2022/2023 mövsümündəki “ən”ləri:
Ən çox oyun keçirən (oyun sayı olaraq):
Davit Volkov və Coy-Lens Mikels (35 oyun)
Ən çox meydanda olan (dəqiqə olaraq):
Yusif İmanov (2970 dəqiqə)
Ən çox qol vuran:
Coy-Lens Mikels (17 qol)
Ən çox qol vuran (hər oyuna orta hesabla):
Aleksey Kaşuk (0,52)