“Sabah”dan yenilik
04.05.2020 , 15:54

“Sabah” futbol klubu daha bir yeniliyə imza atıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmi saytı artıq ingilis dilində də fəaliyyətə başlayıb.
Saytdakı yeniliklərlə tanış olmaq üçün təqdim etdiyimiz keçiddən (http://sabahfc.az/en) istifadə etmək lazımdı. Klub, onun tarixi, infrastrukturu barədə məlumatlarla yanaşı, ən son xəbərlər də ingilis dili versiyasında oxuculara təqdim olunur.
