“Sabah”dan yeni transfer – RƏSMİ
06.02.2021 , 11:45

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Dmitro Klots bundan sonra komandanın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Klots karyerası ərzində Ukraynanın “Karpatı” (Lvov, 2014-2020) və Azərbaycanın “Keşlə” (2020) komandalarında oynayıb.
Dmitro “Sabah”da 48 nömrəli formada çıxış edəcək.
