“Sabah”dan yeni transfer – Rəsmi
11.01.2021 , 15:55

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana komandanın uğurları üçün çalışacaq.
Bu barədə klubun saytı məlumat yayıb.
21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.
Fofana karyerası ərzində “İlves” dən başqa Danimarkanın “Norşellan” klubunun U-19 komandasında da çıxış edib.
