Ölkə futbolu

“Sabah”dan şəhid övladlarına hədiyyə – FOTO

01.06.2020 , 16:18

“Sabah” “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Aprel şəhidlərinin övladlarını ziyarət edib.

Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandamızın üzvləri Bəhlul Mustafazadə, Ramil Şeydayev və Ruslan Abışov uşaqlarla görüşərək, onlara müxtəlif hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.

Görüşdə Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulanıb, bütün şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqları, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını xatırlayacağı bildirilib.

Son yazılar

Yuxarı