“Sabah”dan Rusiya klubuna
05.08.2020 , 17:49

“Sabah”ın futbolçusu Anar Panayev karyerasını Rusiyada davam etdirəcək.
Korner.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 3-cü liqada mübarizə aparan “Legion-Dinamo” klubuna keçib. Mahaçqala təmsilçisi Azərbaycan və Rusiya vətəndaşlığı daşıyan futbolçu ilə 1 illik müqavilə imzalanıb.
O, 2019-cu ilin yayında keçdiyi “Sabah”da keçən mövsüm cəmi 1 matç keçirib.
