Ölkə futbolu

“Sabah”dan növbəti transfer – Rəsmi

25.06.2020 , 15:32

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

Korner.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə bağlanıb.

27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib.

Xatırladaq ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib.

Son yazılar

Yuxarı