“Sabah”dan koronavirusla mübarizə üçün 50 min manat
31.03.2020 , 17:40

“Sabah” Futbol Klubu da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edənlər sırasına qoşulub.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə prezidenti Ilham Əliyevin yaratdığı fondun hesabına 50 min manat köçürüb. Məbləğ klubun futbolçuları, məşqçilər heyəti və digər əməkdaşları tərəfindən yığılaraq ödənilib.
Daha öncə fonda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Ağdam klubunun futbolçuları, “Neftçi”nin idman direktoru Ceyhun Sultanov da ianə edib.
