“Sabah”dan ilk transfer
21.06.2023 , 12:49

Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” ilk transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı”dan Rəhman Daşdəmirovu heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
