“Sabah”dan heç-heçə
19.07.2023 , 16:55

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Bakı təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşıb və heç-heçə edib – 1:1.
Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib.
“Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Al-Sadd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubu ilə qarşılaşıb.
