“Sabah”dan getdiyini açıqladı
31.05.2023 , 16:54

“Sabah”ın seneqallı müdafiəçisi Abdulaye Ba klubdan ayrılıb.
Korner.az xəbər verir ki, müqaviləsi yenilənməyən 32 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Sabah”la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız”.
O, 2022-ci ilin iyulundan “Sabah”da çıxış edirdi
