“Sabah”dan ayrıldı, “Zirə”yə keçdi
26.05.2021 , 14:47

“Sabah”la yollarını ayıran Təmkin Xəlilzadənin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, futbolçu “Zirə”yə keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xəlilzadə yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 2015-17-ci illər aralığında “Zirə”nin şərəfini qorumuş 28 yaşlı müdafiəçi daha əvvəl “Qarabağ”, AZAL və “Qəbələ”də çıxış edib. Xəlilzadə yığmada 22 oyunda 3 qol vurub.
