“Sabah”dan ayrılan futbolçu Kolumbiya klubunda
27.12.2019 , 16:17

Bir müddət öncə “Sabah”dan ayrılan Rocer Roxas karyerasını Kolumbiyada davam etdirəcək.
Korner.az xəbər verir ki, hücumçu “Deportes Tolimo”ya keçib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Roxas “Sabah”a bu ilin avqustunda keçmişdi. Futbolçu “Sabah”da keçirdiyi 13 oyunda 2 qol vurmuşdu.
