“Sabah”da yeni qapıçı – Rəsmi
20.01.2022 , 11:41
“Sabah” yeni qolikper transfer edib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi belaruslu Aleksandr Neçayevi heyətinə qatıb.
28 yaşlı əlcək sahibi ilə 1,5 illik müqavilə imzalanıb.
Neçayev daha öncə Belarusun “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux” (2017-2022) komandalarında forma geyinib.