“Sabah”da yeni qapıçı – Rəsmi
21.09.2020 , 17:05

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, uruqvaylı qapıçı Alvaro Villete paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Bu barədə klubun saytı məlumat yayıb.
29 yaşlı qolkiper Kolumbiyanın “Patriotas” klubundan bir illik icarəyə götürülüb.
Alvaro son mövsümdə “Patriotas”ın heyətində 8 oyunda meydana çıxıb.
