“Sabah”da yeni müqavilə
06.07.2023 , 21:06
“Sabah” yarımmüdafiəçi Kristian Da Silva Fil ilə yeni müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir.
Da Silva 2022-ci ilin fevral ayından “Sabah”ın üzvüdür. O, bu komandanın heyətində 34 oyun keçirib, 2 qola imza atıb.