“Sabah”da yeni müqavilə
16.11.2022 , 16:34

“Sabah” futbolçusu Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir.
Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.
