“Sabah”da yeni müqavilə
07.07.2022 , 18:10

“Sabah” Ceyhun Nuriyevlə müqavilə müddətini uzadıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir.
Ceyhun “Sabah”ın əsas komandasına 2020-ci ildə U-19 komandasından cəlb olunub. Nuriyev “Sabah”ın heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 23 oyun keçirib, 2 qola imza atıb.
