“Sabah”da yeni müqavilə
23.06.2025 , 12:46

“Sabah” futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir.
Azərbaycan millisinin də üzvü olan Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.
