“Sabah”da yeni baş məşqçi – Rəsmi
10.07.2020 , 16:32

“Sabah”ın yeni baş məşqçisi bəlli olub.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra ispaniyalı mütəxəssis Visente Qomes çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.
Xatırladaq ki, “Sabah” xorvatiyalı baş məşqçisi Jelko Sopiçi 1 illik müqaviləni pozaraq istefaya göndərmişdi.
