“Sabah”da növbəti ayrılıq – Rəsmi
01.07.2020 , 16:16

“Sabah”müqavilə müddəti bitən futbolçusu Rəşad Eyubovla yollarını ayırdığını rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2019-cu ilin yanvarından komandanın uğurları üçün çalışırdı.
Rəşad bu ilyarımda müddətdə keçirdiyi 24 oyunda 3 qola imza atıb.
“Sabah” Eyubova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.
