“Sabah”da növbəti ayrılıq – Rəsmi
30.06.2025 , 15:00

“Sabah” müdafiəçisi Sofian Çakla ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Xatırladaq ki, Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı.
