“Sabah”da növbəti ayrılıq
25.05.2022 , 15:58

“Sabah” Xulio Rodriqeslə yollarını ayırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Xulio 2020-ci ilin yanvar ayından “Sabah”da çıxış edirdi.
Paytaxt təmsilçisi daha əvvəl Şpiro Periçiçlə yolları ayırmışdı.
