“Sabah”da növbəti ayrılıq
04.06.2021 , 18:43

“Sabah” klubla müqavilə müddəti bitən Filip İvanoviçlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Filip 2018-ci ildən komandanın üzvü idi. Serbiyalı müdafiəçi bu günə kimi 59 oyun keçirib. O, “Sabah”da Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudur.
“Sabah” futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
