“Sabah”da ilk qolumu vurduğum üçün xoşbəxtəm” – Amadu Diallo
03.09.2019 , 18:43

Premyer Liqanın 3-cü turunun “Zirə” ilə oyunu (1:1) “Sabah”ın yarımmüdafiəçisi Amadu Diallo üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, “Sabah”ın heyətində ilk qolunu vuran futbolçu oyunla bağlı klubun saytına fikirlərini bildirib:
“Qələbə qazana biləcəyimiz oyun idi. İlk hissədə yaxşı oynadıq, hesabı açdıq. Lakin ikinci hissədə geri çəkildik. Bundan sonra “Zirə” ardıcıl hücumlar etməyə başladı və sonda hesabı bərabərləşdirdi. Çox təəssüf edirəm. İlk qələbəmizi qazanmağımız bizim üçün çox yaxşı olardı. “Sabah”da ilk qolumu vurduğum üçün xoşbəxtəm, lakin sonda qələbə qazansaydıq, daha yaxşı olardı”.
