“Sabah”da ikitərəfli oyun – VİDEO
23.07.2022 , 16:53

Bolqarıstanın Bansko şəhərində növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” bu gün növbəti məşqinə çıxıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, komanda əvvəlcə məşqçilərin verdiyi tapşırıq əsasında müxtəlif təmrinləri yerinə yetirib, daha sonra isə ikitərəfli oyunda qüvvəsini sınayıb.
İyulun 17-dən Banskoda hazırlıq keçən “Sabah” toplanış zamanı İsrailin “Hapoel” (Hadera) komandası ilə qarşılaşıb (0:1). İyulun 31-nə kimi davam edəcək toplanışda daha 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
