“Sabah”da ayrılıq
29.06.2020 , 16:20

“Sabah” futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandada 42 oyun keçirib, 1 qol vurub.
