“Sabah” “Zirə”yə qarşı – Yenilənir
06.11.2020 , 11:05

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcək.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
“Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək. Paytaxt təmsilçilərinin görüşü saat 16:00-da start götürəcək.
Turun digər oyunları isə noyabrın 7-8-də keçiriləcək.
6 noyabr
Azərbaycan Premyer Liqası, 9-cu tur
16:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”
7 noyabr
14:00.”Keşlə” – “Qəbələ”
“Ask Arena”
16:00.”Səbail” – “Sumqayıt”
“ASCO Arena”
8 noyabr
15:00.”Neftçi” – “Qarabağ”
“Bakcell Arena”
