“Sabah”dan heç-heçə, “Neftçi” məğlub oldu
06.11.2021 , 21:11

Bu gün Azərbaycan Premyer Liqasında “Zəfər turu”na start verilib.
Korner.az xəbər verir ki, turun ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Sabah” “Zirə”ni qəbul edib. Görüş 3:3 hesablı heç-heçə ilə bitib. Digər görüşdə isə “Neftçi” “Keşlə”nin qonağı olub. “Ağ-qaralar” bu oyunda 2:3 hesabı ilə məğlub olub.
6 noyabr
X tur
15:00. “Sabah” – “Zirə” – 3:3
Qollar: Coy-Lens Mikels,1, 24, Xuan Kamara, 45+2 – Davit Volkov, 5, 59, 81
Qırmızı vərəqə: Xuan Kamara, 47 (“Zirə”)
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Rəhman İmami, Rauf Allahverdiyev
“Bank Respublika Arena”
19:00. “Keşlə” – “Neftçi” – 3:2
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“ASK Arena”
