“Sabah” “Zirə” üçün hazırlaşır
02.11.2021 , 21:27

Azərbaycan Premyer Liqasının X turunda “Zirə”ni qəbul edəcək “Sabah” bu gün matçın hazırlığına start verib.
Korner.az xəbər verir ki, yeni baş məşqçi Murad Musayevin rəhbərliyi altında ilk məşqinə çıxan komanda müxtəlif fiziki və taktiki təmrinləri yerinə yetirib.
Noyabrın 6-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Zirə” oyununa saat 15:00-da start veriləcək.
